Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
rəsmi qəbulda iştirak edib


       İsveçrə Konfederasiyasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Müriel Peneveyrenin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı münasibətilə açıq havada təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Daimi nümayəndəliyin rəhbəri xanım Səfirlə ayaqüstü söhbət edib, İsveçrə Konfederasiyanın yaranması günü və yeni diplomatik missiyasına başlaması münasibətilə xanım Səfiri təbrik edib, uğurlar arzulayıb.

18 iyul 2019-cu il