Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Serxio Osvaldo Peres Qunella ilə görüşüb.

Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və Naxçıvan Muxtar Respublikası ilə, xüsusilə, mədəniyyət, kənd təsərrüfatı, turizm sahələrində əlaqələrin yaradılması və inkişafı, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.



18 avqust 2021-ci il