Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Görüşdə xanım Aymone Sessera təmsil etdiyi Komitənin Azərbaycan Respublikasında nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Ariane Baueri təqdim edib.Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

18 sentyabr 2020-ci il