Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Rustam Soli ilə görüşüb. Görüşdə Azərbaycan-Tacikstan münasibətlərində Naxçıvan Muxtar Respublikasının tutduğu mühüm yer, Naxçıvan Muxtar Respublikası və Xatlon vilayətləri arasında yaxın münasibətlərin qurulması, mədəni, iqtisadi və digər əlaqələrin inkişafı, qarşılıqlı rəsmi səfərlər və s. maraqlı sahələr ətrafında fikir mübadiləsi aparılmışdır.

19 mart 2019-cu il