Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev müstəqilliyimizin və qələbələrimizin memarıdır” adlı dəyirmi masa keçirilib.

Daimi Nümayəndəliyin kollektivi əvvəlcə Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül-çiçək dəstələri qoyulub,əziz xatirəsi anılıb.

Daha sonra rəsmi qonaqların və daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün Şəhidlərimizə öz dərin hörmət və ehtiramlarını bildiriblər. Əvvəlcə daimi nümayəndəliyin hazırladığı ulu öndərə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş etdirilib.

Çıxış edən Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncamı və bununla bağlı “Tədbirlər Planı” barədə geniş məlumat verib. Qeyd edib ki; Sərəncamda deyildiyi kimi “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, Vətənini və xalqını canından artıq sevən ulu öndərin şəxsiyyətinə milli-mənəvi ehtiramın ifadəsidir.

Daimi nümayəndəliyin rəhbəri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən böyük Heydər Əliyevin siyasi irsinin bugünkü uğurlarından bəhs edib: “ Bütün nəsillərə örnək olan ömür sürmüş ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, keçmiş sovetlər birliyinin mövcudluğu şəraitində belə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, sonradan müstəqil dövlətçiliyimiz üçün təhlükə yarandığı illərdə isə özünün, ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla ölkəmizdə uzunömürlü dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, müstəqil Azərbaycanın dünyada sayılıb-seçilən, qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir. Dünya səviyyəli siyasət və dövlət xadimi böyük Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman bir çox sahələrdə çalışan elm adamlarının, eləcə də, politoloq¬ların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində ola¬caqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının son¬suz sevgisini qazanmış böyük şəxsiyyətdir. Böyük liderimiz Heydər Əliyev çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xal¬qına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Müstəqil dövlətçilik salnaməmizdə, xüsusilə, silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyev bu gün bütün dünyada, onsuz da, Azərbaycanın dövlətinin rəmzi kimi qəbul edilir. Hər kəs yaxşı bilir ki, böyük Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir.”

“Xoşbəxt o xalqdır ki, vətənə sonsuz sevgisi, xalqa dərin ehtiramı, dövlətə tükənməz sədaqəti ilə nümunə olan, əqli, iti zəkası, dühası və fitri istedadı ilə dünyada şöhrət qazanmış, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi naminə mübarizəyə həsr etmiş tari¬xi şəxsiyyətləri var. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyət kimi Azərbaycana həm sevimli övlad, həm də dahi rəhbər olmuşdur.”- deyən Bəxtiyar Əsgərov, öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin ömür yolundan ətraflı bəhs edib, ulu öndərin Sovetlər birliyi və müstəqillik dövrü geniş fəaliyyətindən danışıb. Qeyd edib ki; “SSRI-nin süqutundan dərhal sonra mənfur erməni işğalçıları tərəfindən Azərbaycan ərazisinin xeyli hissəsinin işğal edildiyi dövrdə ölkəmizdə daxili qeyri-sabit ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr neqativ meyilləri get-gedə daha da gücləndirirdi. Müstəqil dövlət kimi ilk addımlarını atmaqda olan Azərbaycan tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman ümummilli ider Heydər Əliyev Moskvadan Bakıya qayıtmış, ozamankı yerli siyasi rəhbərliyin qısqanclığı ucbatından doğulub, boya-başa çatdığı Naxçıvana üz tutmuş, blokada şəraində yaşayan muxtar respublikanı məharətlə idarə edib, erməni işğalından qorumağa nail olmuşdu. Ulu öndərin son dərəcə ağır, böhranlı günlərdə xalqın təkidli tələbilə yenidən Azərbaycan Res¬publikası rəhbərliyinə qayıtması ölkəmizdə milli dövlətçiliyin möhkəmləndirilməsinə, icti¬mai-siyasi, iqtisadi vəziyyətin sabitləşməsinə, suverenliyimizin bərpasına, yeni, müstəqil dövlətin bütün sahələrinin, eləcə də, iqtisadi əsaslarının yaradılmasına xidmət edən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə şərait ya¬ratdı. Xilaskar liderin təcrübəsi və rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəm əsasları yaradıldı, müstəqilliyimizin əbədi olması üçün fundamental zəmin hazırlandı.

Dahi liderin 1993-cü ilin iyunun¬da, son dərəcədə ağır və taleyüklü bir zamanda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, tarixi Xilaskarlıq missiyasına başlamasından sonra ölkəmizdə vətəndaş qarşıdurmasına, separatçı meyllərə, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu. O böhranlı aylarda, illərdə ulu öndər böyük Heydər Əliyev Azərbaycanı öz müstəqilliyini yenidən itirmək təhlükəsindən birdəfəlik xilas etdi. Böyük lider Heydər Əliyevin həyatı bahasına davamlı qələbələr gətirəcək yeni tarix – Azərbaycanın müstəqil dövlətçilik tarixi başlandı. Onun özünün dediyi və yaşadığı kimi, “Mən həyatımın bundan qalan hissəsini də öz xalqına, vətənimə, müstəqil Azərbaycana xidmətə həsr edəcəyəm.” Əvvəlki illərdən daha böyük əzmlə çalışan böyük lider həyatının ən böyük uğurlarına imza atmağı da bacardı. Böyük məharətlə ölkəmizi vətəndaş müharibəsindən xilas edən ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağın işğaldan azad olunmasını görə bilməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını, təməlini qoydu. Ölkədə bütün sahələrdə, sözün əsl mənasında, yenidən quruculuq işlərinə başlanıldı. Təcrübəli dövlət xadimi kimi Heydər Əliyev qəti şəkildə əmin idi ki, ağır vəziyyətdə olan res¬publikanın iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını canlan¬dırmaq üçün ən gəlirli sahə məhz neft sektoru ola bilər. Beləliklə, 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandı. Respublikamıza dünyanın inkişaf etmiş ölkələrindən güclü investisiya axını başlandı. Azərbaycan iqtisadiyyatı, ilk növbədə, onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategi¬yası həm də müstəqil respublikamızda demok¬ratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisa¬diyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Bütün bunlar yaranmış xaosa, ümidsizliyə sarsı¬dıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi. 1998-ci ilin sentyabrında Bakıda ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Qədim İpək yolunun bərpasına dair” beynəlxalq sammit ke¬çirildi. Böyük rəhbər Heydər Əliyev tam əmin idi ki, ölkəmizin İpək yolu nəqliyyat dəhlizində aktiv iştirakı müstəqilliymizin möhkəmlənməsi və nəqliyyat kompleksinin yenidən qurulması Azərbaycanın mühüm beynəlxalq dəhlizə çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcək.”

Bəxtiyar Əsgərov qeyd edib ki, “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi, memarı və qurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, sarsılmaz iradəsi, tükənməz enerjisi, təcrübəsi, xarizması və sair bu kimi əsl dövlət xadiminə xas keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə olan sonsuz sevgisi sayəsində müstəqil Azərbaycan dövləti yenidən qurulmuş, inkişaf etdirilmiş və əbədi yaşaması üçün bütün sahələr üzrə möhkəm təməlləri qoyulmuşdur. Dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri ilə dünya şöhrətli siyasətçi böyük Heydər Əliyevə əbədi xalq məhəbbəti və dünya azərbaycanlılarının ümummilli lideri adını qazandırmışdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək, yeni tariximizi öz əlləri ilə yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və şanlı səhifələrindəndir. Heydər Əliyev özünün həyatı və şərəfli fəaliyyəti dövründə xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar etmiş, böyük öndərinə arxalanmışdır. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da ən ağır günlərində xalqımızın gözü yalnız onu axtarmış, ona pənah aparmışdır. Böhranlı, ağır zamanda, vətənimizə təcavüz edildiyi vaxtda xalqının səsinə dərhal səs vermiş, ölkəni, onun müstəqilliyini qorumuş, Azərbaycanı stabil və inkişaf edən dövlətə çevirmişdir. Hər zaman doğma xalqına arxalanan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Göründüyü kimi, müasir Azərbaycan dövlətinin banisi, zəmanəmizin böyük siyasət və dövlət xadimi, dünyaca nüfuzlu söz sahibi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində ölçüyəgəlməz xidmətləri olmuşdur. Onun ən böyük xidmətlərindən biri də, özündən sonra xalqımıza ləyaqətlə rəhbərlik edəcək, Azərbaycanı ona etibar edəcək bir şəxsiyyət, Prezidentimiz cənab İlham Əliyev kimi müdrik və vətənpərvər bir lider yetişdirməsi olmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində qazandığı tarixi nailiyyətlər bu gün müstəqil dövlətimizi Prezident İlham Əliyevin rəhbərliyində zəfərlə, inamla gələcəyə- daha böyük qələbələrə doğru aparır, yüksəldir və daha da gücləndirir. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı yüksək nüfuznu qiymətləndirərkən böyük Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident cənab İlham Əliyev uğurlu fəaliyyətini və xalqımız qarşısında verdiyi vədləri hər gün əməli işi ilə doğruldur, ulu öndər Heydər Əliyevin ən layiqli varisi, siyasi davamçısı olduğunu sübuta yetirir. Seçkilərdə həmişə xalqın yüksək inamını və etimadını qazanaraq güclü siyasi iradə, əzm və cəsarət nümayiş etdirən Prezident cənab İlham Əliyev müstəqil Azərbaycanı ulu öndər Heydər Əliyev siyasi kursuna layiq, ona sadiq olaraq daha yeni, dövrün və qloballaşmanın tələblərinə uyğun, müasir inkişaf yoluna çıxarmışdır. Dayanıqlı və dinamik iqtisadi göstəriciləri ilə yanaşı bu gün respublikamız həm də siyasi baxımdan daha əlverişli strateji ölkə, o cümlədən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə qədər, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından tutmuş, doğma Qarabağımızda möhtəşəm Zəfərimizin təmin edilməsinə qədər bütün uğurlarımızın təminatçısı məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir və təsadüfi deyil ki, ölkəmiz XXI əsrin ən uğurlu siyasətə və güclü iqtisadiyyata malik müstəqil dövləti statusunu qazanmışdır. Lakin həyata keçirilən bütün bu misilsiz, tarixi işlərlə yanaşı, Prezident cənab İlham Əliyevin qarşısında uzun illərdir ki, müqəddəs bir vəzifə - Ata vəsiyyətinin həyata keçirilməsi- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident cənab İlham Əliyev, özünün də qeyd etdiyi kimi, Azərbaycanda özünün rəhbərliyi ilə həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi məhz doğma Qarabağın işğaldan azad edilməsi idi. Müstəqil Azərbaycan ulu öndərimizin yaratdığı möhkəm təməllərin üzərində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq, 30 ildən artıq düşmən tapdağında inləyən doğma torpaqlarımızın azad edilməsi, Qarabağımızın can Azərbaycana qovuşması istiqamətində addım-addım, inamla və qətiyyətlə irəliləyirdi. Bütün çıxışlarında “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” – deyən Prezident İlham Əliyev işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin ritorikanı dəyişməyə çalışdığı anda “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, dəmir yumruğun endiriləcəyi anonsunu vermişdi. Müzəffər Ali Baş Komandan bütün dünyada maraqla izlənilən bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində bir daha güzəştə gedilməyəcəyini və uzun sürən sülh danışıqlarının nəticəsiz qalmasından sonra hərbi yolun yeganə seçim olduğunu əslində açıq şəkildə bəyan etdi.”

“Ölkəmizin uğurlarından danışılarkən II Qarabağ müharibəsindən, bu müharibədə qazandığımız möhtəşəm qələbədən, ümummilli lider Heydər Əliyevin zamanında əsasını qoyduğu Ordu quruculuğu siyasətinin Vətən müharibəsindəki əhəmiyyətindən də bəhs etmək zəruridir” - deyən Bəxtiyar Əsgərov bildirdi ki, “Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsini hər zaman diqqət mərkəzində saxlayan ulu öndərin rəhbərliyi ilə bu sahədə də müstəsna əhəmiyyətli işlər görülmüşdür. Təməli dahi lider Heydər Əliyev tərəfindən qoyulmuş milli Ordu quruculuğu prosesi dövlət başçısı cənab İlham Əliyev tərəfindən ötən 20 ildə də uğurla davam etdirilmiş, müqayisəsiz nailiyyətlər əldə edilmişdir. Bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, ordumuzun arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunmuş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı daha da artırılmışdır. Bununla da Azərbaycan Silahlı Qüvvələri döyüş tapşırıqlarının tam və vaxtında yerinə yetirilməsi işinə yiyələnmiş, ordumuz il-ildən güclənmişdir. Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayaraq düşmənin törətdiyi növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Silahlı Qüvvələrimizin həyata keçirdiyi qarşısıalınmaz əks-hücum əməliyyatları zamanı gedən 44 günlük Vətən müharibəsində müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, ölümün gözünə dik baxan vətən oğullarımız-hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, xalqımıza layiq olduğu haqqını- qələbəni qazandırdı. Bununla həm ərazi bütövlüyümüz təmin edildi, suverenliyimiz bərpa olundu, həm də “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- deyən ümummilli liderimiz Heydər Əliyevin arzuları reallaşdı. Qarabağın gözü, dilbər guşəsi olan Şuşanın 28 il 6 aydan sonra işğaldan azad olunduğu gün – noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Azərbaycanın birinci Vitse-Prezidenti xanım Mehriban Əliyeva Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında ziyarətdə olarkən cənab Prezidentimizin ulu öndər Heydər Əliyevin həyata keçən daha bir arzusunu xüsusi həyəcanla, sevinclə Azərbaycan xalqına çatdırması, doğrudan da, tarixi qürur günümüz idi. Şəhidlər xiyabanında tarixi nitqi zamanı ölkə Prezidenti cənab İlham Əliyev dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov dedi ki, “Müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə ümummilli lider Heydər Əliyevin başlatdığı uğurlu siyasətin davam etdirilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Yeni Azərbaycan Par¬tiyasının sədrinin birinci müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də təbii ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin irsinin layiqli qorunması və təbliğidir. Məhz xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu gün ulu öndərin vətənimiz və xalqımızın qarşısındakı tarixi xidmətlərinin təbliğinə, dövlətimizin inkişafı naminə Onun gördüyü işlərin, işıqlı ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilməsinə böyük töhfələr verir. Böyük Heydər Əliyevin adını daşıyan bu Fondun qarşıya qoyduğu məqsədlərə, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş özünəməxsus layihələrilə, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplərə yönəlik fəaliyyəti səmimiyyətlə və rəğbətlə qarşılanmaqdadır. Əldə etdiyimiz Zəfərədək illərdir ağır, müharibə şəraitində yaşamağa məcbur edilmiş bir milyona yaxın qaçqın və məcburi köçkünü olan, on minlərlə şəhid, qazi və müharibə veteranı olan can Azərbaycanımızda Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi onun daxili və xarici siyasətinin yaxından dəstəklənməsində, ölkəmizdə hərtərəfli islahatların uğurla həyata keçirilməsində əziz Mehriban xanım Əliyevanın böyük əməyi, əziyyəti vardır. Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən bu günədək isə qısa zaman ərzində özünün yüksək peşəkarlığı, vətənə, xalqa bağlılığı, zəngin siyasi təcrübəsi, böyük humanizmi, mərhəməti və hadisələrə, proseslərə dəqiq, miqyaslı baxışı ilə xanım Mehriban Əliyeva müstəqillik tariximizdə Azərbaycanın sevilən əsl lider qadın obrazını yaratmış, bununla, O tariximizdə yeni bir səhifə açmış, ictimai və siyasi həyatda qadınların mövqeyini və rolunu daha da yüksəltmişdir.”

Bəxtiyar Əsgərov onu da qeyd etdi ki, “Ölkəmizin dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası bu günki həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Bildiyimiz kimi, 1990-1993-cü illərdə Naxçıvan olduqca gərgin bir dövr yaşayırdı. Bu diyar ulu öndərin də dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Ümummilli lider Heydər Əliyevin böyük və mənalı ömrünün bu illəri Naxçıvanda müstəqil dövlətçiliyimizin təməl daşlarının qoyulmasına həsr edilmişdir. 1990-cı ilin noyabr ayında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunmuş tarixi qərarlarla, əslində, müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsası qoyulmuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə müstəqil Azərbaycanın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqillik elan etməsinə əlverişli zəmin yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, eləcə də, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmış, vəsilə olmuşdur.Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə böyük lider Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Naxçıvanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Naxçıvanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, blokadada olan muxtar respublikanın inkişafı və sabitliyi üçün regional və beynəlxalq iqtisadi əlaqələrinin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də, qardaş Türkiyə Cumhuriyyəti ilə qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar quruldu. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ümummilli liderimiz Heydər Əliyev gördüyü işlərlə, atdığı tarixi əhəmiyyətli addımlarla Azərbaycanın xilaskar oğluna çevrildi və Onun uca şəxsiyyəti təkcə dünənimizin və bu günümüzün deyil, həm də gələcəyimizin zəmanətinə çevrildi.”

Sonda “Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Fəaliyyət göstərdiyi bütün dövrlər və sahələrdə böyük Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli kadrların formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb. Heydər Əliyev öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə dünya tarixinə qızıl hərflərlə yazılmış görkəmli siyasi və dövlət xadimi, tarixi şəxsiyyətdir. Qeyd etdiyimiz kimi, bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Azərbaycanın müstəqilliyi isə ulu öndər Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır!” Əminliklə demək olar ki, Prezident cənab İlham Əliyevin rəhbərliyində əldə etdiyimiz qələbələr və Heydər Əliyev Azərbaycanının qazandığı tarixi nailiyyətlər qədirbilən xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə qovuşduracaq! Nə qədər ki müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.”-deyən Bəxtiyar Əsgərov ayrıca qeyd edib ki, “Bu il həm də ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə xalqımızın yaddaşında mehriban və qayğıkeş ana, şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaq Zərifə xanım Əliyevanın ruhu qarşısında baş əyir, dərin hörmət və ehtiramla yad edirik.”

Sonra çıxış edən Milli Elmlər Akademiyasının prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli Heydər Əliyevin siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və Azərbaycan tarixindəki müstəsna xidmətlərindən, həmçinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən geniş bəhs edib. O, bildirib ki, dahi şəxsiyyətin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib ki, ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hərəkatının təşəkkül tapmasını və həyata keçirilməsini dövlətçiliyin prioritet istiqaməti olaraq daim diqqətdə saxlayıb. Azərbaycan Respublikasında qadın hüquqları ilə əlaqədar möhkəm, dayanıqlı hüquqi baza yaradılıb, ölkəmiz müvafiq sahə ilə bağlı beynəlxalq konvesiyalara qoşulub. Həmçinin Prezident İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti uğurla davam və inkişaf etdirilməsindən bəhs edib.

Heydər Əliyevin siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və Azərbaycan tarixindəki müstəsna xidmətlərindən bəhs edən Milli Məclisin komitə sədri,deputat Siyavuş Novruzov vurğulayıb ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulmuş əsas məqsəd və hədəflərə nail olunmuşdur. Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaqdır.

Çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək dedi ki, müasir Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin ölkəmizə uzun illər rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Naxçıvanın qorunması, müstəqil dövlətimizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Daha sonra çıxış edən millət vəkilləri- Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev, Sevinc Hüseynova və başqaları qeyd etdilər ki, təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.



20 aprel 2023-cü il