Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Manuel A.C.Montenegro L.da Cruz və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin müstəqilliyinin 197-ci ildönümü münasibətilə, Bakıda keçirilmiş rəsmi qəbulda iştirak edib.

20 sentyabr 2019-cu il