Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
Belarus Respublikasının Bakıdakı Səfirliyinə gəlib


       Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Gennadi Axramoviçin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Bakıdakı Səfirliyinə gəlib.

Görüşdə iki ölkə arasındakı yüksək səviyyəli, strateji münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə əməkdaşlıq imkanları, qarşılıqlı rəsmi səfərlər və digər sahələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Belarus Respublikasının ölkəmizdəki səfirliyi gələn il faşizm üzərində qələbənin 75 illiyi münasibətilə, Belarusiyanın müdafiəsində iştirak etmiş, Naxçıvan Muxtar Respublikasından olan,hazırda yaşayan 4 nəfər Böyük Vətən Muharibəsi veteranını "Belarus Respublikasının müdafiəsinin 75 illiyi" medalı ilə əvvəlcədən təltif edib.

20 noyabr 2019-cu il