Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının
daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Kuveyt Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Səud Abdulaziz Al-Ruminin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Daimi nümayəndəliyin rəhbərinə iştirak üçün minnətdarlığını bildirən Səfir Al-Rumi yaxın zamanda Naxçıvana rəsmi səfər edəcəyini diqqətə çatdırıb, muxtar respublika Ali Məclisinin Sədri hörmətli cənab Vasif Talıbova salamlarını çatdırmağı xahiş edib.

21 fevral 2020-ci il