Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



22 noyabr 2018-ci il


       22 noyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çex Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Milan Ekert ilə görüşüb. Avropa İttifaqına üzv olan, Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyən Çexiyanın ölkəmizə yeni təyin olunmuş Səfirilə görüşdə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi yolları, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.