Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Pauline Eizema ilə görüşüb.

Görüşdə iki ölkə arasında, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar,bir çox sahədə, xüsusilə,kənd təsərrüfatı sahəsində gələcək əlaqələr, regional proseslər, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.



22 fevral 2021-ci il