Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Cuniçi Vadanın dəvətilə, bu ölkənin milli bayramı-İmperatorun Ad Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Qeyd edək ki,bu il, həmçinin, Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 ili tamam olur.



22 fevral 2022-ci il