Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Kristian Kamillə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, birgə mədəni layihələrin həyata keçirilməsi, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.



22 iyun 2021-ci il