Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Bilal Haye ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə əməkdaşlıq imkanları, regional vəziyyət, qarşıda duran mühüm vəzifələr, rəsmi səfərlər və digər vacib, maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

22 oktyabr 2020-ci il