Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



23 noyabr 2018-ci il


       23 noyabr 2018-cı il tarixində Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Teruyuki Katorinin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-İmperatorun Ad günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib. Qeyd edək ki, hazırda Taxtda olan 85 yaşlı İmperator cənab Akihito 2019-cu ildə öz yerini könüllü olaraq Şahzadəyə təhvil verəcək. Odur ki, Yaponiya hazırkı İmperatorun Ad gününü rəsmi səviyyədə sonuncu dəfə qeyd edir.