Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Portuqaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri səlahiyyətlərini icra edən, Müvəqqəti İşlər Vəkili cənab Dr.Jorge Da Fonseca ilə görüşüb.

Səlahiyyət müddətinin başa çatması münasibətilə daimi nümayəndəliyə gəlmiş diplomatik missiya rəhbəri ilə görüşdə iki ölkə arasındakı əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə səmərəli iqtisadi münasibətlərin genişləndirilməsi, alternativ enerji layihələri, rəsmi səfərlər və qarşıda duran digər maraqlı məsələlər ətrafında müzakirə aparılmışdır.

23 iyul 2019-cu il