Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Litva Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Egidiyus Navikasla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, bir çox layihələr, rəsmi səfərlər və digər maraqlı sahələr üzrə müzakirələr aparılıb.

23 oktyabr 2019-cu il