Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub.
Fövqəladə və səlahiyyətli səfir cənab Mixail Nikolayeviç Boçarnikovla görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfərlər, regional vəziyyət və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.
|