Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu öz işinə başlayıb


       Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu öz işinə başlayıb. Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov Forumun rəsmi açılış mərasimində iştirak edib.

Tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən Forumda QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən,aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasından da nümayəndə heyəti iştirak edir.Muxtar respublikanı “Nəqşicahan” Holdinq Şirkətlər Qrupu və “Duzdağ” Otelinin əməkdaşları təmsil edir.

23 aprel 2019-cu il