Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Ukrayna Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Vladislav Kanevski ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın perspektivləri, qarşılıqlı fəaliyyət dairəsinin genişləndirilməsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

24 may 2019-cu il