Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov
Malaziya Səfirliyində olub


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Malaziya Respublikasının yeddinci Kralı Əlahəzrət Paduka Ayahanda Sultan Ahmad Shah Al-Mustain Billah ibni Al-Marhum Sultan Abu Bakar Riayatuddin Al-Muadzam Shahın vəfatı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası adından bu ölkənin Azərbaycandakı Səfirliyində açılmış Matəm Kitabını yazıb, Müvəqqəti İşlər Vəkili xanım Azri Hazvani Abdul Aziz ilə görüşüb, səmimi söhbət edib.

Qeyd edək ki,mərhum Kralın vəfatı ilə bağlı Malaziya Səfirliyi daimi nümayəndəliyə Nota təqdim edib.

24 may 2019-cu il