Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə,xüsusilə, iqtisadiyyat, ticarət, mədəni sahələrdə əməkdaşlıq,fəaliyyət istiqamətləri, rəsmi səfərlər, regional vəziyyət və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.

24 sentyabr 2020-ci il