Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyində görüş keçirilib


       Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində olub, fövqəladə və səlahiyyətli Səfir cənab Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında səmimi söhbət aparılıb.



24 noyabr 2020-ci il