Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Slovakiya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Peter Priputenin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin respublikamızda fəaliyyət göstərəcək səfirliyinin rəsmi açılış mərasimində iştirak edib, yeni Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Qeyd edək ki, səfirliyin açılışını bildirən lenti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini cənab Ramiz Həsənov və Slovakiya Respublikasının Avropa və Xarici İşlər naziri cənab Miroslav Lajçak kəsib.

28 noyabr 2019-cu il