Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Zakari Qrosun dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Beynəlxalq Fransız dili müəllimləri günü münasibətilə,azərbaycanlı fransız dili müəllimlərinə Səfir Zakari Qros tərəfindən bu ölkənin Akademik Palma Ordeni və diplomlarının təqdim edilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov adıçəkilən Ordenlə təltif olunmuş Naxçıvan Dövlət Universitetinin Roman və German dilləri kafedrasının müdiri xanım Məhsəti Əsgərovanı təbrik edib.

28 noyabr 2019-cu il