Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb.

Görüşdə iki ölkə arasındakı iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qurulmuş yüksək səviyyəli əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə münasibətlər,həyata keçiriləcək layihələr, rəsmi səfərlər və digər mühüm məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

25 dekabr 2019-cu il