Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Draqan Vladislavljeviçlə görüşüb.

Görüşdə iki ölkə arasındakı bir çox,xüsusilə, siyasi, iqtisadi, mədəni münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin artırılması, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.



26 may 2021-ci il