Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsinin rəisi cənab Vüsal Ələkbərli Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Minin dəvətilə, bu ölkənin qurulmasının 70-ci ildönümü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrik məktubu xanım Səfirə təqdim edilib. Göstərilən yüksək diqqət üçün Ali Məclisin Sədrinə minnətdarlığını ifadə edən xanım Səfir Naxçıvanla əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

26 sentyabr 2019-cu il