Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Amanullah Ceyhunla görüşüb.

Görüşdə iki dost və qardaş ölkə arasındakı münasibətlər, regional proseslər, tranzit imkanları, Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələr, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.



27 yanvar 2021-ci il