Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərinində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Sami Asem Ğoşehlə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər,Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və s. sahələrdə əlaqələrinin genişləndirilməsi, rəsmi səfərlər və qarşıda duran digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

27 fevral 2020-ci il