Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Mobil elektrik stansiyalarının verilməsi
haqqında müqavilə imzalanıb


       Çin Xalq Respublikasının Ticarət Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanıb.

Müqaviləni Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Van Çunqan imzalayıblar.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak edib.

27 avqust 2019-cu il