Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.

Qeyd edək ki, Naxçıvan televiziyasının əməkdaşı və "Nuhçıxan" İnformasiya Agentliyinin redaktoru Hafizə Əliyeva müsabiqədə "Azərbaycan dövlətçilik tarixinin, milli adət - ənənələrinin elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə birinci yerin qalibi olub.

26 dekabr 2019-cu il