Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasında yeni təyin olunmuş Baş Konsulu cənab Seyid Əhməd Hüseyni ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə qonşu ölkə arasında bir sıra sahələrdə mövcud əməkdaşlıq sahələri, gələcək fəaliyyət perspektivləri və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

28 avqust 2019-cu il