Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov
Fransanın ölkəmizdəki Səfirliyinə gəlib


       Fransanın keçmiş Prezidenti, görkəmli siyasi xadim,dövlət xadimi Zati-aliləri cənab Jak Şirakın vəfatı ilə əlaqədar Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikası adından, açılmış Matəm Kitabını yazmaq üçün Fransanın ölkəmizdəki Səfirliyinə gəlib. Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Zakari Qros şəxsən cənab Bəxtiyar Əsgərovdan başsağlığını qəbul edib, göstərilən diqqət üçün Naxçıvan MR Ali Məclisinin Sədrinə dərin minnətdarlığını çatdırmağı xahiş edib.

27 sentyabr 2019-cu il