Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



"Xoş ovqatlı mahnılar" kitabı işıq üzü görüb


       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun diqqəti və qayğısı ilə Naxçıvanda, Əcəmi Nəşriyyat və Poliqrafiya Birliyində Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovun "Xoş ovqatlı mahnılar" kitabı işıq üzü görüb.

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nəfis şəkildə çap edilmiş kitabı bəstəkara təqdim edib.

Cənab Vasif Talıbov:

"Tofiq Bakıxanovun yaradıcılıq yolu bəstəkar, yaradıcı ziyalı kimi xalaqa sədaqət, ifaçı kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir. Bəstəkarın təkrarsız yaradıcılığının məhsulu olan musiqili komediyalar, baletlər, simfoiya və simfonik poemalar, simfonik muğamlar, mahnı və romanslar Azərbaycan musiqi xəzinəsini zənginləşdirən dəyərli sənət nümunələridir."

29 may 2019-cu il