Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Bert Schoofsla onun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə Alternativ Enerji resurslarının və qurulmuş digər iqtisadi əlaqələrin genişləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistika imkanları, yeni iqtisadi layihələr,qarşıda duran vəzifələr, rəsmi səfərlər və başqa maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Bəxtiyar Əsgərov səfir Bert Schoofsu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.



30 iyun 2021-ci il