Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib

       Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Min və səfirliyin Hərbi Attaşesi cənab Zhang Zunguonun dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov 30 iyul 2019-cu il tarixdə Çin Xalq Respublikası Ordusunun yaranmasının 92 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Mərakeş Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mohamed Adil Embarch və xanımının dəvətilə, elə həmin gün daimi nümayəndəliyin rəhbəri bu ölkənin milli bayramı-Kralın Taxt-tac günü münasibətilə təşkil edilmiş rəsmi ziyafətdə də iştirak edib.

30 iyul 2019-cu il