Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Xuan Rodrigo Labardini Floreslə görüşüb. Görüşdə son illərdə Azərbaycan-Meksika ikitərəfli münasibətlərinin inkişaf statistikası, iqtisadi-ticari əməkdaşlıq,turizmin imkanları, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əlaqələr, rəsmi səfərlər və digər maraqlı məsələlərlə bağlı müzakirələr aparılıb.

30 sentyabr 2019-cu il