Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Serjan Abdıkərimovla görüşüb.

Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin daha da yüksəldilməsi, iqtisadi-ticari, elmi-mədəni sahələrdə, eləcə, turizm sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması, vətəndaşlıq məsələləri, rəsmi səfərlər və digər maraqlı sahələr ətrafında müzakirələr aparılıb.

31 oktyabr 2019-cu il