css menu by Css3Menu.com



Milli İntibaha Qovuşan Naxçıvan VİDEO
 


Naxçıvanın
Görkəmli Şəxsiyyətləri

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

Naxçıvan Muxtar Respublikası
Heydər Əliyev dövründə
(1991-1993)

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvan-da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarak-terizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir.

Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu.

Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlmişdir. 1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilmişdir.

1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada çox mühüm qərarlar qəbul olunmuşdur. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respubli-kasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu.

Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbay-canın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Naxçıvan MR Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı il 21 noyabr ayında Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir.

1990-cı il 14 dekabr ayında Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" qərar qəbul etmişdir.

1991-ci il 3 sentyabrda Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çağırılmışdır. Həmin sessiyada Heydər Əliyevi yekdilliklə Ali Məclisin sədri seçilmişdir.

Oktyabrın 26-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali məclisinin sessiyasında Naxçıvanda 7 noyabr bayramının (keçmiş SSRİ-də keçirilən Oktyabr inqilabı günü) ləğv edilməsi haqqında da qərar qəbul olundu.

Heydər Əliyevin Naxçıvandakı fəaliyyətində ən uğurlu cəhət-lərdən biri də Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqında fərman verməsi olmuşdur. 1991-ci il 29 oktyabrda Heydər Əliyev ciddi səyi ilə başa gəlmiş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılış mərasi olmuşdur. 1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfin-dən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məblə-ğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzala-mışdır. 1992-ci il 28 mayda Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı olmuşdur.

1992-ci il 22-26 avqustda H.Əliyev İran İslam Respublikasına səfər etmiş, ali dini lider Ayətulla Xamneyi və İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşmüşdür. Bu səfərin nəticəsi olara Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokolları imzalamışdır. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilə-ləri əsasında, Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi.

İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respubli-kasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş oldu. Beləliklə, 1991-1993 cu illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

27 SENTYABR 2021

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.

VIDEO

23 SENTYABR 2020

Dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

VIDEO

25 FEVRAL 2020

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

VIDEO

02 FEVRAL 2020

Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 96-cı ildönümününə həsr olunmuş tədbir keçirilib.

VIDEO

11 DEKABR 2019

Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

VIDEO

19 OKTYABR 2019

Naxçıvanın Bakıdakı daimi nümayəndəsi
Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb.

VIDEO

07 MAY 2019

"Heydər Əliyev müstəqilliyimizin memarıdır"
adlı dəyirmi masa keçirilib.

VIDEO

16 NOYABR 2018

"Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devizi altında Azərbaycan Gənclərinin
VIII Forumu keçirilmişdir.

VIDEO

7 MAY 2018

Naxçıvan MR Bakı şəhərindəki Daimi Nümayəndəliyində möhtəşəm tədbir keçirilmişdir.

VIDEO

17 APREL 2018

Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir.

VIDEO

22 DEKABR 2017

Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilmişdir.

VIDEO

14 DEKABR 2017

Qətər Dövlətinin Milli bayramı münasibətilə tədbir keçirilmişdir.

VIDEO

8 DEKABR 2017

Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilmişdir.

VIDEO

5 DEKABR 2017

Yaponiyanın milli bayramı qeyd olunmuşdur.

VIDEO

30 NOYABR 2017

Naxçıvan dialektoloji atlası"nın təqdimat mərasimi keçirilmişdir.

VIDEO

8 MAY 2017

Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.

VIDEO

5 MAY 2017

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları ziyarət edilmişdir.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NUHUN YURDU NAXÇIVAN

Nuhun yurdu Naxçıvan - Tanıtım filmi.

VIDEO

SƏNAYELƏŞƏN NAXÇIVAN

Muxtariyyət dövründə Naxçıvan iqtisadiyyatının sürətli inkişafını tərənnüm edən film.

VIDEO




Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


The Permanent Representation of the Nakhchivan Autonomous Republic in Baku
Webmaster • Ideal Network Technologies
2014-2024