css menu by Css3Menu.com



Milli İntibaha Qovuşan Naxçıvan VİDEO
 


Naxçıvanın
Görkəmli Şəxsiyyətləri

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

24 FEVRAL 2022

NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ - 30 İL.

VIDEO

Mədəniyyət və tarixi abidələr

Naxçıvan zəngin tarixi abidələri ilə (Gəmiqaya, Fərhad evi, Əchabi-Kəhf, Yusif ibn Küseyr türbəsi, Möminə xatun türbəsi, Gülüstan türbəsi, Xanəgah türbəsi, Qazançi körpüsü, Naxçivan cümə məscidi, Qeysəriyyə, Şərq hamamı, Naxçivan buzxanası və s.) ən qədim türk yurdlarından biridir.

Gəmiqaya

Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan təşkil olunmuşdur. Qədim dünyanın müqəddəs panteon-larından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünü-şü ilə insanı heyrətə gətirir. Burada e. ə. 3-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) var.

Fərhad evi

Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır

Əshabi-kəhf

Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın "Kəhf' ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.

Yusif ibn Küseyir türbəsi

Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında Atababa türbəsi də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin adı (Yusif ibn Küseyir) göstərilmişdir. Abidənin gövdəsindəki frizdə (haşiyə) kufi xətlə Qurandan ayələr yazılmışdır. Kompozisi-yasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii memarlıq nümunəsidir.

Möminə xatun türbəsi

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Gülüstan türbəsi

Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir.

Xanəgah türbəsi

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən Xanəgah türbəsi orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq komplek-sinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə Xanəgah məscidində saxlanılır. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı buradadır.

Qazançı körpüsü

Culfa rayonunun Qazançı kəndində tarixi memarlıq abidəsidir. Tikinti texnikasına görə XV-XVI əsrlərə aid edilir. Biraşırımlı, xalq arasında "Qozbel körpü" adlanan bu abidə nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır.

Naxçivan cümə məscidi

Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılmış Atabəylər memarlıq komplek-sinin monumental tikililərindən idi. XIX əsrə kimi uçulmuş halda mühafizə olunmuşdu. XIII əsrin 20-ci illərində anonim müəllif tərəfindən yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilir.

Qeysəriyyə

XVII əsr Azərbaycan memarlıq abidəsi olan Qeysəriyyə Ordubad şəhərindədir. Böyük günbəzdən və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Gözəl memarlıq üslubunda inşa edilmiş-dir. İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulmuşdu. Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq arasında Zorxana adı ilə tanınmışdır.

Şərq hamamı

XVII əsrə aid Azərbaycan memarlıq abidəsi Naxçıvan şəhərində, Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısındadır. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir.

Naxçıvan buzxanası

Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (12-14-cü əsrlər) tikildiyini göstərir.

27 SENTYABR 2021

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.

VIDEO

23 SENTYABR 2020

Dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

VIDEO

25 FEVRAL 2020

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

VIDEO

02 FEVRAL 2020

Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 96-cı ildönümününə həsr olunmuş tədbir keçirilib.

VIDEO

11 DEKABR 2019

Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

VIDEO

19 OKTYABR 2019

Naxçıvanın Bakıdakı daimi nümayəndəsi
Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb.

VIDEO

07 MAY 2019

"Heydər Əliyev müstəqilliyimizin memarıdır"
adlı dəyirmi masa keçirilib.

VIDEO

16 NOYABR 2018

"Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devizi altında Azərbaycan Gənclərinin
VIII Forumu keçirilmişdir.

VIDEO

7 MAY 2018

Naxçıvan MR Bakı şəhərindəki Daimi Nümayəndəliyində möhtəşəm tədbir keçirilmişdir.

VIDEO

17 APREL 2018

Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir.

VIDEO

22 DEKABR 2017

Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilmişdir.

VIDEO

14 DEKABR 2017

Qətər Dövlətinin Milli bayramı münasibətilə tədbir keçirilmişdir.

VIDEO

8 DEKABR 2017

Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilmişdir.

VIDEO

5 DEKABR 2017

Yaponiyanın milli bayramı qeyd olunmuşdur.

VIDEO

30 NOYABR 2017

Naxçıvan dialektoloji atlası"nın təqdimat mərasimi keçirilmişdir.

VIDEO

8 MAY 2017

Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.

VIDEO

5 MAY 2017

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları ziyarət edilmişdir.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NAXÇIVAN MR-95

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi.

VIDEO

NUHUN YURDU NAXÇIVAN

Nuhun yurdu Naxçıvan - Tanıtım filmi.

VIDEO

SƏNAYELƏŞƏN NAXÇIVAN

Muxtariyyət dövründə Naxçıvan iqtisadiyyatının sürətli inkişafını tərənnüm edən film.

VIDEO




Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


The Permanent Representation of the Nakhchivan Autonomous Republic in Baku
Webmaster • Ideal Network Technologies
2014-2024