Naxçıvan Muxtar Respublikası (NMR) Azərbaycan Respublika-sının tərkibində muxtar dövlətdir.
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası (NMR) Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikasında (NMR) qanunvericilik haki-miyyətini Naxçıvan Muxtar Respublikasının (NMR) parlamenti - Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR-in Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Muxtar Respublikanın məhkəmələri həyata keçirir. Konstitusiyaya əsasən, Naxçıvan MR Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir.
Naxçıvan Muxtar Resspublikası Ali Məclisi (NMRAM) 45 depu-tatdan ibarətdir. Muxtar respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir.
İcra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədri-nin təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunur. Naxçıvan Muxtar Respublikasında (NMR) yerli idarəetmə orqanları - bələdiyyələr fəaliyyət göstərir.
27 SENTYABR 2021
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.