css menu by Css3Menu.com










    

 


Naxçıvanın
Görkəmli Şəxsiyyətləri
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş

24 oktyabr 2017-cı il tarixində Kubanın Azərbaycan, Türkmənistan və Gürcüstan respublikalarındakı fövqəladə və səlahiyyətli Səfiri cənab Alfredo Nieves Portoundo Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşmüşdür.

Fotosessiya

Bəxtiyar ƏSGƏROV: Naxçıvan və tarixi missiya

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında gərgin bir dövrdə naxçıvanlıların müdrikliklə xilaskar rəhbər seçiminin gerçəkləşməsi naminə ayağa qalxması milli tariximizin qürur doğuran səhifələrindəndir.

Xalq Qəzetində məqalə

Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilmişdir

17 oktyabr 2017-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Ətraflı

"Türk dünyasının Kıprısı" adlı kitabın təqdimat mərasimi keçirilmişdir

29 sentyabr 2017-cı il tarixində KKTC-nin Bakı Təmsilçisi xanım Ufuk Turganerin dəvətilə nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov KKTC-nin Təhsil və Mədəniyyət naziri cənab Dr.Özdemir Berovanın da qatıldığı "Türk dünyasının Kıprısı" adlı kitabın təqdimat mərasimində iştirak etmişdir.

Fotosessiya

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Naxçıvan Muxtar Respublikası möhtəşəm kitab sərgisi ilə iştirak edir.

Fotosessiya

Çin Xalq Respublikasının 68-ci Quruluş ildönümü qeyd edilmişdir

28 sentyabr 2017-cı il tarixində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Wey Jinxuanın dəvətilə nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin 68-ci Quruluş ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbul və ziyafətdə iştirak etmişdir.

Fotosessiya

Səudiyyə Ərəbistanının Krallıq Günü qeyd edilmişdir

26 sentyabr 2017-cı il tarixində Səudiyyə Ərəbistanının fövqəladə və səlahiyyətli səfiri cənab Musaid bin İbrahim Əl-Sulaimin dəvətilə Nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Krallıq Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak etmişdir.

Fotosessiya

Heydər Əliyev Sarayında möhtəşəm Milli Musiqi Konserti keçirilmişdir

17 sentyabr 2017-cı il tarixində Koreya-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayında möhtəşəm Milli Musiqi Konserti keçirilmişdir. Səfir cənab Kim Çang-gyunun dəvətilə nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir.

Fotosessiya





Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений




The Permanent Representation of the Nakhchivan Autonomous Republic in Baku
Webmaster • Ideal Network Technologies
2014-2018