Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
17 oktyabr 2018-cı il tarixində Türkmənistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mekan İşanquliyevin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
17 oktyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Rusiya Federasiyasinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mixail Nikolayeviç Boçarnikov ilə görüşüb. Görüşdə Rusiya Federasiyasi ilə Azərbaycan Respublikası arasında bütün sahələri əhatə edən ikitərəfli, xüsusilə iqtisadi sahədə genişlənməkdə olan münasibətlər, muxtar respublika ilə qurulmuş səmimi, möhkəm əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
12 oktyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Yaponiyanın Azərbaycandakı Səfirliyinin birinci Katibi-İqtisadi İşlər və İnkişaf üzrə Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Takaaki Usui ilə görüşüb. Görüşdə bir çox iqtisadi layihələr müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
11 oktyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Dan Stavla görüşüb. Görüşdə iki ölkə arasında dostluq, sıx əməkdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə münasibətlərdə maraqlı sahələr, o cümlədən, kənd təsərrüfatı sahəsində bir çox məsələlər ətrafında müzakirələr aparılıb.
Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
5 oktyabr 2018-cı il tarixində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mixael Kindsgrab və xanımının dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Alman Birliyi Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
3 oktyabr 2018-cı il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Kim Çang-gyu və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı - Koreya dövlətinin yaranması günü və Səfir Kim Çang-gyunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
3 oktyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda Müvəqqəti İşlər Vəkili cənab Abbes Benmoussat ilə görüşüb. Görüşdə sözügedən Şimali Afrika ölkəsi ilə Azərbaycan arasında qurulmuş siyasi, iqtisadi, mədəni və təhsil sahələrindəki əlaqələrə Naxçıvnın MR-in verə biləcəyi əlavə töhfələr, xüsusilə, təhsil sahəsində tələbə mübadiləsi, qarşılıqlı sərmayə qoyuluşu və s. kimi məsələlər müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
3 oktyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Türkiyə Cumhuriyyətinin Naxçıvan Muxtar Respublikasına yeni təyin edilmiş Baş Konsulu cənab Mehmet Emin Kirazla görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlərdə muxtar respublikanın yeri, mövqeyi, qarşıda duran vəzifələr müzakirə edilib.
Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
2 oktyabr 2018-cı il tarixində ADA Universiteti və Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov "Türkiyənin Mədəniyyət Diplomatiyasında Yunis Əmrə İnstitutu və TİKA-nın (Türkiyə İş adamları Koordinasiya Ajansı) rolu" adlı dəyirmi masada iştirak edib.
Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
27 sentyabr 2018-cı il tarixində Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli Səfiri cənab Carlos Dante Riva və xanımı Marta Rosa Rivanın dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Səfir Rivanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilmiş ziyafətdə iştirak edib.
Daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir
25 sentyabr 2018-cı il tarixində Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Vey Çinhua və xanımının dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin müstəqilliyinin elan olunmasının 69-cu ildönümü ilə əlaqədar təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
14 sentyabr 2018-cı il tarixində Kuveyt Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Səud Əbdüləziz Əl-Rumi Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinə gəlib.Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov Səfirlə görüşüb. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr, rəsmi səfərlər, qarşılıqlı maraqlar, xüsusilə, bundan sonra coğrafi yaxınlığı ilə Azərbaycana digər ərəb ölkələrindən daha yaxın olan Kuveyt ilə muxtar respublika arasında ticarət əlaqələrinin yaradılması ilə bağlı müzakirələr aparılıb. Səfir cənab Əl-Rumini görüşdə müşaviri cənab Feysəl Cəzzə Əl-Müteyri müşayiət edib.
Gürcüstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri ilə görüş keçirilmişdir
13 sentyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Gürcüstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Zurab Pataradze ilə görüşüb. İki ölkə arasında qonşuluq, dostluq və yaxın tərəfdaşlıq əlaqələrinə söykənən münasibətlərdə Naxçıvan Muxtar Respublikası ilə sıx, isti əlaqələrin vacibliyi vurğulanıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
11 sentyabr 2018-cı il tarixində Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Vey Çinhua Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinə gəlib. Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov Səfir cənab Vey Çinhua ilə görüşüb. Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan çoxşaxəli və möhkəm əlaqələrin inkişafında muxtar respublikanın xüsusi yeri qeyd olunub, iqtisadi münasibətlərin möhkəmləndirilməsi yolları müzakirə edilib. Qeyd edək ki, bu, Bəxtiyar Əsgərovun Çin Səfiri ilə son bir həftədə sayca 2-ci rəsmi görüşüdür.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
6 sentyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Bert Schoofsla görüşüb. Görüşdə Belçika Krallığı ilə Azərbaycan Respublikası arasında dostluq və sıx iqtisadi tərəfdaşlıqda muxtar respublikanın yeri, imkanları, birgə layihələr müzakirə edilib.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində görüş keçirilmişdir
5 sentyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Vey Çinhua ilə görüşüb.Görüşdə ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliklə qurduğu və iki ölkə arasındakı daim yüksələn xətlə inkişaf edən münasibətlərdə muxtar respublikanın tutduğu aparıcı mövqe,xüsusilə,iqtisadi əməkdaşlıq müzakirə edilib.
21 avqust 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov muxtar respublika adından Hindistanın keçmiş Baş naziri,görkəmli dövlət xadimi və ictimai-siyasi xadim,eyni zamanda bədii yaradıcılığı ilə milyonların sevimlisi olan cənab ATAL BİXARİ VADJPAİnin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycan Respublikasındakı Səfirliyində açılmış Xatirə Kitabına başsağlığı yazib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
14 avqust 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Kim Çang-gyu ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığa muxtar respublikanın verdiyi töhfə, xüsusilə, bundan sonra Koreya Respublikası və Naxçıvan Muxtar Respublikası arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Səfir Kim Çang-gyunu görüşdə 2-ci Katib cənab Çoi Kvan Yong müşayiət edib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
1 avqust 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İordaniya Krallığının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Nassar İbrahim Mohammad Habashneh ilə görüşüb.